Taliban yeni bayram təsis edib

Dünya

12.08.2024 - 03:39

Həkimlər Klinikalar SEO Xidməti

Əşrəf Qani hökumətinin devrilməsinin ildönümü kimi dövlət bayramı elan edilib

Əfqanıstanda Taliban hökuməti yeni bayramın təsis edildiyini açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, avqustun 14-ü ölkədə sabiq Prezident Əşrəf Qani hökumətinin devrilməsinin ildönümü kimi dövlət bayramı elan edilib.

Taliban "Əfqan cihadının işğala qarşı qələbəsinin" üçüncü ildönümünü qeyd etməyi planlaşdırdıqlarını bildirib.

Qeyd edək ki, Taliban hərəkatı Kabili 2021-ci ildə ABŞ və müttəfiq qoşunları 20 illik mövcudluqdan sonra şəhəri tərk etdikdən sonra ələ keçirib. Bundan sonra hökumət Talibana keçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş