Nazir: “Sərhədlər daşqınlar nəticəsində xeyli eroziyaya məruz qalıb”
“Taliban” hökuməti Özbəkistan, Tacikistan və Türkmənistanla sərhədlərə yenidən baxmağı planlaşdırır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə “Taliban” hökumətinin energetika naziri Əbdül Lətif Mənsur deyib.
O qeyd edib ki, Əfqanıstanla Mərkəzi Asiya ölkələri arasında sərhədlər daşqınlar nəticəsində xeyli eroziyaya məruz qalıb və bu sərhədlərin yenidən müəyyənləşdirilməsinə ehtiyac var.
Ən uzun sərhəd Əfqanıstanla Tacikistan arasındadır - 1344 km.