Takahama AES-in ilk enerji blokunun istismarının davamına icazə verilib

Dünya

16.10.2024 - 11:57

Həkimlər Klinikalar SEO Xidməti

Yaponiya ilk dəfə 50-dən çox yaşı olan atom elektrik stansiyasının istismarına icazə verib

Yaponiya Atom Enerjisi Tənzimləmə Təşkilatı 2024-cü ilin noyabrında istismarının 50 ili tamam olan Takahama Atom Elektrik Stansiyasının (AES) (Fukui prefekturası) ilk enerji blokunun davamlı istismarını təsdiqləyib. AYNA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu, Yaponiyada tənzimləyicinin yaşı 50-dən çox olan enerji blokunun davamlı işləməsinə icazə verdiyi ilk haldır. Yapon tənzimləyicisi hərtərəfli yoxlamalar apardıqdan sonra bu qənaətə gəlib ki, Takahama AES-in ilk enerji bloku bütün təhlükəsizlik standartlarına cavab verir. İcazə 10 il müddətinə verilib.

2011-ci ilin yazında “Fukusima-1” AES-də baş vermiş qəzadan sonra Yaponiya hökuməti bütün atom elektrik stansiyalarını bağlamaq qərarına gəlib. Daha sonra mümkün təxribatla bağlı təhlükəsizlik tədbirləri gücləndirildikdən sonra bəzi reaktorlar yenidən işə salınmağa başlayıb. Hazırda Yaponiya hakimiyyəti qlobal enerji qiymətlərinin artması fonunda reaktorların yenidən işə salınmasına böyük diqqət yetirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş