Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib

Xəbərlər

09.02.2026 - 17:23

Prezident onu Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edib

Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib. AYNA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş