Tacikistanla Əfqanıstan sərhədində silahlı toqquşma: ölənlər var

Dünya

25.12.2025 - 12:13

Sərhədi qanunsuz keçən terror təşkilatının üç üzvü silahlı müqavimət göstərib və zərərsizləşdirilib

Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin açıqlamasına görə, Əfqanıstandan Tacikistana soxulan terrorçularla Tacikistan sərhədçiləri arasında silahlı toqquşma baş verib və nəticədə ölüm halları qeydə alınıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

Qeyd olunub ki, əməliyyat nəticəsində Əfqanıstanla həmsərhəd olan Xatlon vilayətinin Şəmsiddin Şoxin rayonunda sərhədi qanunsuz keçən terror təşkilatının üç üzvü silahlı müqavimət göstərib və zərərsizləşdirilib. İki tacik sərhədçisi öldürülüb.

“Terrorçuların məhv edilməsindən sonra Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sakitdir”, Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsindan vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş