Sutka ərzində 735 nəfər karantin rejimini pozub

Xəbərlər

01.05.2020 - 10:28

cedabet Klinikalar SEO Xidməti

Həmin şəxslər inzibati məsuliyyətə cəlb ediliblər

 

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, bir sutka ərzində cəzalandırılan şəxslərin sayı açıqlanıb.

 

Baş Dövlət Yol Polisi İdarəsindən AYNA-ya verilən məlumata görə, 30.04.2020-ci il saat 00:00-dan 01.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 735 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44751 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş