Suslov: “Avropada NATO ilə Rusiya arasında blok qarşıdurması yenidən canlanıb”

Dünya

27.11.2023 - 11:45

cedabet dərman SEO Xidməti

“NATO “Soyuq müharibə” dövrünün hərbi doktrinalarına qayıtdığını açıq şəkildə bəyan edir”

“Amerika hərbi kontingentinin Avropada artması və Şimali Atlantika Alyansının doktrinasının dəyişməsi NATO ilə Rusiya arasında blok hərbi-siyasi qarşıdurmanın Avropada yenidən canlanması deməkdir”. AYNA xəbər verir ki, bu sözləri rusiyalı analitik, “Valday” klubunun eksperti Dmitri Suslov “Soyuq müharibə” dövrünə qayıdışdan danışarkən deyib.

“Şimali Atlantika Alyansı Mərkəzi və Şərqi Avropa ölkələrində mühüm hərbi kontingentlərin, o cümlədən çevik reaksiya kontingentlərinin yerləşdirilməsi ilə “Soyuq müharibə” dövrünün hərbi doktrinalarına qayıtdığını açıq şəkildə bəyan edir”, - politoloq qeyd edib.

Onun sözlərinə görə, NATO indi açıq şəkildə Alyansın şərq sərhədlərində daha çox qoşun tələb edən çəkindirmə deyil, qadağan doktrinasını elan edib.

Suslov həmçinin bildirib ki, amerikalı hərbçilərin sayının artırılması de-fakto NATO-nun Şərqi Avropa ölkələrinin ərazisinə əhəmiyyətli döyüş qüvvələri yerləşdirməməyi öhdəsinə götürdüyü Rusiya-NATO təsis aktının müddəalarının rədd edilməsi deməkdir.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, NATO-nun genişlənməsi Rusiyanın cavab tədbirləri görməsinə səbəb olmaya bilməz: “Biz NATO infrastrukturuna doğru hərəkət etmirik, NATO bizə doğru irəliləyir. Bu isə bizim narahatlığımıza səbəb olmaya bilməz. Bu, təhlükəsizliyimizi təmin etmək üçün cavab tədbirləri görməyə gətirib çıxarmaya bilməz”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş