Türkiyə Ordusu PKK-YPG terror təşkilatının silahlılarını zərərsizləşdirib
Türkiyə Ordusu Suriyanın şimalında 12 terrorçunu zərərsizləşdirib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, PKK-YPG terror təşkilatının Suriya qanadının 12 silahlısı Suriyanın şimalında zərərsizləşdirilib.
Nazirlik Türkiyə Ordusunun terror təhlükəsini tamamilə aradan qaldırmaq və regionda sabitliyin pozulmasının qarşısını almaq əzmində olduğunu vurğulayıb.