Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatlarını davam etdirəcək
Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” antiterror əməliyyatlarının aparıldığı bölgədə PKK/YPG terror təşkilatının səkkiz üzvü ələ keçirilib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, “Zeytun budağı” bölgəsində daha 8 terrorçunun xain planlarını həyata keçirməzdən əvvəl saxlanıldığı, Türkiyə sərhədlərinin, eləcə də Suriya xalqının təhlükəsizliyinin təmini istiqamətində antiterror əməliyyatlarının davam etdiriləcəyi vurğulanır.