Sumqayıtda yaşayış binasında partlayış: üç nəfər dağıntılar altından sağ çıxarılıb

Hadisə

03.12.2024 - 10:08

Həkimlər Klinikalar SEO Xidməti

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib

Sumqayıtda yaşayış binasında baş verən partlayış nəticəsində xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Qeyd edək ki, bu gün FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Müəllif: Ayna.az