Sumqayıtda 222 mənzil kirayə mexanizmi ilə satışa çıxarılır

Xəbərlər

08.01.2026 - 16:02

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlarla 9077 kirayə müqaviləsi bağlanıb

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 222 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir. Yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır. AYNA.AZ xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Qeyd olunub ki, yeni mənzillər seçim üçün 15.01.2026-cı il tarixində saat 15:00-dan etibarən açıq olacaq. 

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi "YouTube" kanalından, həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlarla 9077 kirayə müqaviləsi bağlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş