Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb

Xəbərlər

23.07.2020 - 13:06

Ordumuzun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb

 

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı, plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb.

 

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Müəllif: Ayna.az