Torpaq sürüşməsi mindən çox insanın ölümünə səbəb olub
Sudanın qərbində, Marra dağları bölgəsində güclü torpaq sürüşməsi kəndin demək olar ki, bütün sakinlərinin həyatına son qoyub. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, sürüşmə avqustun 31-də güclü yağışlardan sonra baş verib. Agentliyin məlumatına görə, mindən çox insan ölüb, yalnız bir nəfər sağ qalıb.