Stoltenberqdən Kiyevə gözlənilməz səfər

Dünya

29.04.2024 - 17:16

NATO baş katibi Ukraynaya səfər edib

NATO baş katibi Yens Stoltenberq Ukraynaya səfər edib. AYNA bu barədə Ukrayna mediasına istinadən bildirir.

Qeyd olunub ki, səfər barədə öncədən heç bir məlumat verilməyib.

NATO Baş katibi Stoltenberq 2022-ci ilin fevralından bəri üçüncü dəfədir Ukraynaya səfər edir. Bu, həm də oktyabrın 1-də vəzifəsini tərk edəcəyi üçün onun Baş katib kimi sonuncu səfəri ola bilər.

Müəllif: Ayna.az