“Bu münaqişə Rusiya, Çin, Şimali Koreya və İranın nə qədər sıx bağlı olduğunu nümayiş etdirir”
“Çin rəhbəri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsində ABŞ və NATO-nun məğlub olmasını istəyirlər”. AYNA bildirir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq “CBS News”a müsahibəsində deyib.
Onun fikrincə, bu münaqişə Rusiya, Çin, Şimali Koreya və İranın nə qədər sıx bağlı olduğunu nümayiş etdirir.
Üstəlik, Stoltenberq Pekini Moskvanın Ukraynadakı müharibəsinin əsas təşkilatçısı hesab edir: “Si Cinpin və Putin NATO-nun, ABŞ-ın Ukraynada iflasa uğramasını istəyir və əgər Putin Ukraynada qalib gəlsə, bu, təkcə Putini deyil, həm də Yaponiyanın Baş naziri Fumio Kişidanın dediyi kimi, Çin liderini də cəsarətləndirəcək. Bu gün Ukraynada baş verənlər sabah Asiyada baş verə bilər”.
Onun sözlərinə görə, bütün bunlar onu göstərir ki, NATO Çinlə problemlərin həllində ABŞ üçün də önəmlidir.