Starmer Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib

Dünya

16.03.2026 - 12:55

Baş nazirin imtinası ABŞ və Böyük Britaniya arasında münasibətlərin pisləşməsinə səbəb ola bilər

Böyük Britaniyanın Baş naziri Keir Starmer Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edir. AYNA.AZ xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, "Starmer Hörmüz boğazının yenidən açılmasına kömək etmək üçün hərbi gəmilər göndərməkdən imtina edir".

Qəzetin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın xahişinə baxmayaraq, Britaniya Baş nazirinin imtina etməsi ABŞ və Böyük Britaniya arasında münasibətlərin pisləşməsinə səbəb ola bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş