Hadisə nəticəsində 78 nəfər yaralanıb: xilas edilən otuz iki nəfər xəstəxanaya yerləşdirilib
Şri-Lanka sahillərində İranın “IRIS Dena” freqatına sualtı qayıq hücum edib. Hadisə nəticəsində 78 nəfər yaralanıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” və “OutlookIndia” agentlikləri məlumat yayıb.
Məlumata görə, Şri-Lankanın cənub sahillərində batan İran hərbi gəmisindən xilas edilən otuz iki nəfər xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyinin yüksək vəzifəli rəsmisi Anil Casinqhe yaralılardan birinin vəziyyətinin ağır olduğunu, yeddi nəfərin təcili yardım aldığını, qalanlarının isə yüngül xəsarət aldığını bildirib.
Şri-Lankanın xarici işlər naziri Vijitha Herat bildirib ki, ölkənin donanmasına göyərtəsində 180 nəfər olan “IRIS Dena” gəmisinin qəzaya uğradığı barədə məlumat verilib. Hökumət xilasetmə əməliyyatları aparmaq üçün gəmilər və təyyarələr göndərib.