Spiker: “Komissiya faciə ilə bağlı ictimaiyyətə məlumat verəcək”

Xəbərlər

27.12.2024 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

“Dövlət başçısının Sərəncamı ilə qəzanın səbələrini araşdırmaq üçün dövlət komissiyası yaradılıb”

Dövlət komissiyası baş vermiş faciəli hadisəni hərtərəfli araşdırıb, qəzanın səbəblərini dəqiq müəyyənləşdirib və ictimaiyyətə məlumat verəcək. AYNA Modern.az-a istinadən xəbər verir ki, bu sözləri spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Bildiyiniz kimi, dekabrın 25-də Azərbaycan Hava Yollar Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğrayıb. Nəticədə çoxsaylı insan tələfatı və xəsarət alanlar var. Prezident İlham Əliyevin sərəncamı ilə dünən ölkədə matəm elan edilmişdi. Dövlət başçısının Sərəncamı ilə qəzanın səbələrini araşdırmaq üçün dövlət komissiyası yaradılıb. Komissiya baş vermiş faciəli hadisəni hər tərəfli araşdırıb, qəzanın səbəblərini dəqiq müəyyənləşdirib və ictimaiyyətə məlumat verəcək”, Qafarova qeyd edib.

“Qəzada həyatını itirənlərə allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına baş sağlığı veririk. Yaralıların tezliklə sağalmalarını arzu edirik”, spiker əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş