İtalyan məşqçi ilə 30 iyun 2026-cı ilə qədər müqavilə imzalanıb
"Yuventus" rəsmi saytında Luciano Spallettinin baş məşqçi təyin olunduğunu elan etdi. AYNA.AZ xəbər verir ki, italyan məşqçi ilə 30 iyun 2026-cı ilə qədər müqavilə imzalanıb.
"Belə bilik və təcrübəyə malik məşqçini salamlamaqdan məmnunuq. "Yuventus"a xoş gəlmisiniz və sizə uğurlar, məşqçi!" - deyə Turin klubunun veb saytında dərc olunmuş açıqlamada bildirilib.
A Seriyasında doqquz oyundan sonra "Yuventus" 15 xalla yeddinci yerdə qərarlaşıb.
Spalletti oktyabrın 27-də istefaya göndərilən xorvatiyalı İqor Tudoru əvəz edir.
66 yaşlı Spalletti sonuncu dəfə İtaliya millisini çalışdırıb. O 2023-cü ildən 2025-ci ilə qədər milli komandada çalışıb. 2009-cu ildən 2014-cü ilə qədər italyan məşqçi "Zenit"ə rəhbərlik edib və onunla iki dəfə Rusiya çempionu olub. Eyni zamanda, bir dəfə Rusiya Kubokuna, bir dəfə Super Kuboku qazanıb.