"Mançester Siti" rəqibinə 2 qolla məğlub olub
Bu gün İngiltərə Premyer Liqasının növbəti turunun mərkəzi görüşü keçirilib. AYNA xəbər verir ki, "Mançester Siti" və "Mançester Yunayted" komandaları üz-üzə gəliblər.
Qarşılaşma “Mançester Yunayted” klubunun qələbəsi ilə yekunlaşıb - 2:0.
Bu qələbədən sonra "Mançester Yunayted" xal ehtiyatını 54-ə çatdıraraq yarış cədvəlində ikinci pillədə, “Mançester Siti” isə 65 xalla birinci yerdə qərarlaşıb.