Futbolçuya 2 il 8 ay 15 gün müddətinə həbs cəzası verib
Türkiyə milli komandasının sabiq üzvü, məşhur futbolçu Arda Turanın, təcavüz ittihamı ilə mühakimə olunduğu proses sona çatıb. AYNA xəbər verir ki, məhkəmə Arda Turana “cinsi təcavüz”, “sənədsiz silahdan istifadə etmə”, “çaxnaşmaya səbəb olma” və “qəsdən sağlamlığa xəsarət yetimə” ittihamları ilə 2 il 8 ay 15 gün müddətinə həbs cəzası verib.
Lakin məhkəmə qərarının ardından ədliyyə binasının qarşısına toplaşan ittihamçılar, qərarı tənqid edərək, cəzanın az olmasına etiraz ediblər.
Qeyd edək ki, Arda Turan və müğənni Berkay arasında keçən ilin oktyabr ayında mübahisə baş vermişdi. Berkay məhkəməyə müraciət edərək Ardanın onun həyat yoldaşına təcavüz etdiyni bildirmişdi. Bundan sonra Arda Turan xəstəxanaya gedərək Berkay və yoldaşı Özləm Şahinə atəş açmağa başlamışdı.