“SpaceX”in“Mars missiyası” təxirə salınıb

Dünya

08.02.2026 - 12:27

Aya eniş layihəsinin prioritetində dəyişiklik edilib

“SpaceX” investorlara prioritetlərini Aya enişin lehinə dəyişdirdiyini bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, 2026-cı ildə planlaşdırılan “Mars missiyası” təxirə salınıb.

Astronavtların iştirakı olmadan Aya eniş 2027-ci ilin mart ayında planlaşdırılır.

Bu həftənin əvvəlində “SpaceX”in süni intellekt şirkəti xAI ilə birləşəcəyi açıqlanıb. Şirkətin rəhbəri İlon Maskın sözlərinə görə, “SpaceX” və xAI-nin birləşməsi raketlər, peyk rabitəsi, süni intellekt inkişafları və kosmik məlumatların emalı infrastrukturunu əhatə edən şaquli inteqrasiya olunmuş innovasiya kompleksi yaradacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş