Rusiyanın Müdafiə naziri Azərbaycana işgüzar səfər edəcək
Rusiyanın Müdafiə naziri Bakıya işgüzar səfərə gələcək. Azərbaycanın Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, səfər Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə baş tutacaq.
Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu avqustun 25-də Bakıya işgüzar səfər edəcək.