Londonda da Yeni İl atəşfəşanlığı külək səbəbindən baş tutmaya bilər
Şotlandiyanın Edinburq və Hoqmanay şəhərlərində Yeni İl bayramı münasibətilə keçirilən küçə şənlikləri tufan xəbərdarlığı səbəbindən ləğv edilib. AYNA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd olunub ki, Londonda da Yeni İl atəşfəşanlığı külək səbəbindən baş tutmaya bilər. Küləyin gücü sinoptiklərin hesablamalarına görə, 18 m/s-dən çox ola bilər.
“Mən bilirəm ki, mənim kimi çoxları məyus olacaq. Bu, xoş bir qərar deyil, lakin davam edən çətin hava şəraiti qarşısında insanların təhlükəsizliyini qorumaq bizim əsas prioritetimiz olaraq qalır”, deyə Edinburq Şəhər Şurasının rəhbəri Ceyn Maher bildirib.
Meteorologiya Xidmətinin güclü külək, yağış və qarla bağlı xəbərdarlıqı yanvarın 2-dək qüvvədə olacaq. Bu gün hava şəraiti ən pis vəziyyətdə olacaq və xəbərdarlıq İngiltərənin şimalının böyük hissələrini, eləcə də Uelsin böyük hissəsini əhatə edəcək.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, İngiltərənin Blekpul şəhərinin (Lankaşir qraflığı, Şimali Qərbi İngiltərə) hakimiyyət orqanları artıq Yeni İli qeyd etmək üçün küçə şənliklərinin ləğv edildiyini bəyan ediblər.