Sosial şəbəkələrdə narkotik təbliğatı aparan şəxs həbs olunub

Xəbərlər

30.12.2025 - 13:57

Ondan narkotik vasitə olan marixuana aşkarlanıb

Sosial şəbəkələrdə narkotiklərdən istifadəni təbliğ edən videolar paylaşan əvvəllər məhkum olunmuş 32 yaşlı T.Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata görə, ondan narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş