Virusa yoluxmuş 291 nəfər müalicə olunaraq sağalıb
Azərbaycanda COVID-19 infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva açıqlama verib.
Bildirib ki, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.