Son sutkada Azərbaycanda 10 nəfər koronavirusa yoluxub

Cəmiyyət

31.05.2023 - 21:27

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, son sutkada infeksiyaya 10 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 30 nəfər sağalıb, 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 834 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 500 nəfər müalicə olunaraq sağalıb, hazırda 60 aktiv xəstə var. Bu günə qədər 10 274 nəfər vəfat edib.

Müəllif: Ayna.az