Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib

Cəmiyyət

13.02.2021 - 16:11

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 169 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 231 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3 178 nəfər vəfat edib. Hazırda 2 303 aktiv xəstə var.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 715, bu günə qədər isə ümumilikdə 2 495 198 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş