Son sutkada 4 nəfər COVID-19-dan vəfat edib

Cəmiyyət

03.02.2021 - 17:41

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 361 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 230 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 168 nəfər müalicə olunaraq sağalıb, 3 145 nəfər vəfat edib, aktiv xəstə sayı  3 304 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 198, ötən müddət ərzində isə ümumilikdə 2 426 945 test aparılıb.

Azərbaycanda son sutkada 361 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 4 nəfər vəfat edib

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş