Təkcə ABŞ-da virusa yoluxanların sayı yarım milyon nəfərə çatıb
Çindən yayılmağa başlayan yeni növ koronavirus bu günə qədər 82 min 108 adamın ölümünə səbəb olub. Pandemiyaya yoluxanların sayı isə 1 milyonu ötüb. 302 min 247 nəfər isə Covid-19-a qalib gəlməyi bacarıb.
AYNA koronavirusla bağlı son statistikanı təqdim edir:
Türkiyə: Virusa yoluxanların sayı 34 min 109, ölənlərin sayı isə 725-ə yüksəlib.
ABŞ: Viursa yoluxanların sayı artıq 400 min 540 nəfərə çatıb ki, onlardan 18 min 857-si pandemiyanın qurbanı olub.
Almaniya: Virusa yoluxanların sayı 107 min 663-ə qalxıb, 2016 nəfər isə dünyasını dəyişib.
Fransa: Koronavirusa yoluxanların sayı 109 min 69, ölənlərin sayı 10 min 328-ə yüksəlib.
Britaniya: Yoluxanların sayı 55 min 242, ölənlərin sayı 6 min 159 nəfər təşkil edir.
İtaliya: Son 24 saat ərzində daha 604 nəfər koronavirusdan dünyasını dəyişib və ölənlərin ümumi sayı 17 min 127 nəfərə çatıb. 135 min 586 insan isə virusdan əziyyət çəkir.
İsrail: Virusa yoluxanların sayı 9404, ölənlərin sayı isə 71 nəfərə çatıb.
Fevral ayında koronavirusa ilk yoluxmanın qeydə alındığı İraqda cəmi iki ay rəzində 1122 insan virusa yoluxub ki, onlardan da 65-i vəfat edib.
Son 24 saat ərzində Braziliyada da ölən və yoluxanların sayı artb. Belə ki, Cənubi Amerika ölkəsində bu günə qədər 686 nəfər virusdan dünyasını dəyişib. Bu ölkədə 14 min 18 nəfər isə aktiv koronavirus xəstəsidir.
Avstraliyada da koronavirusdan ölənlərin sayı artaraq 50 nəfərə çatıb. 310 mindən çox testin edildiyi ölkədə bu günə qədər 5988 nəfərdə koronavirus aşkarlanıb. 2547 nəfər isə sağalaraq evə buraxılıb.