Azərbaycanda mobil telefon abunəçilərinin sayı 11 milyon 323-ə çatıb
2024-cü ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı 11 milyon 323-ə çatıb ki, 5 il öncə bu rəqəm 10 milyon 344,3 min olub. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, ölkə üzrə ən çox mobil telefon abunəçisi Bakı şəhərinin payına düşür ki (5 milyon 191,4 min), bu da əvvəlki illə (2023-cü il) müqayisədə 6 faiz çoxdur.
Mobil telefon abunəçilərinin sayında ölkə üzrə ilk beşliyə Abşeron-Xızı (985,3 min), Gəncə-Daşkəsən (659,6), Mərkəzi Aran (548,5 min), Lənkəran-Astara iqtisadi rayonu (542,5) düşüb.
Qeyd olunan tarixdə Naxçıvan Muxtar Respublikasında mobil telefon abunəçilərinin sayı isə yarım milyonu ötüb (501,3 min).