Somalidə 80-dən çox terrorçu məhv edilib

Dünya

22.07.2024 - 23:33

Həkimlər Klinikalar SEO Xidməti

Somalinin cənubunda radikal islamçı “Əş-Şəbab” qruplaşmasının 80-dən çox silahlısı üç hərbi bazanı ələ keçirməyə cəhd edərkən öldürülüb.

AYNA xəbər verir ki, bu barədə Somalinin SONNA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hökumət qüvvələri terrorçuların hücumunu dəf edib və Cubalend ştatının Kismayo liman şəhərindən təxminən 80 kilometr cənub-qərbdə bomba yüklü dörd avtomobil partladılıb.

Keniya sərhədi yaxınlığında yerləşən Cubalend əvvəllər “Əş-Şəbab” yaraqlılarının nəzarətində olub. Lakin hökumət qüvvələri üç ay əvvəl yaraqlıları sıxışdırmağa başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş