Somali Hindistandakı səfirini təcili olaraq geri çağıracaq

Dünya

28.12.2025 - 23:37

Diplomat Abdirahman Odavaya 29 dekabrdan gec olmayaraq Moqadişuya qayıtmaq əmri verilib

Somali Hindistandakı səfirini təcili olaraq geri çağıracaq. AYNA.AZ xəbər verir ki, bu barədə “Baidoa Online” sosial media saytının “X” hesabında məlumat yayılıb.

Onlayn nəşrin məlumatına görə, diplomat Abdirahman Odavaya 29 dekabrdan gec olmayaraq Moqadişuya qayıtmaq əmri verilib. Bu qərar Hindistanın Somalilandın “müstəqilliyini” tanıması fonunda qəbul edilib.

Mənbələrə görə, səfir Somaliland və Hindistan arasında birbaşa əlaqələrin qurulmasına kömək etməkdə ittiham olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş