Şolts və Starmer Ukraynaya dəstəyin davam edəcəyinə söz veriblər

Dünya

28.08.2024 - 21:06

Həkimlər Klinikalar SEO Xidməti

Berlin və Londondan Ukraynaya dəstəyin sarsılmaz qalacağına söz veriblər

Böyük Britaniyanın Baş naziri Keir Starmer və Almaniya kansleri Olaf Şolts Almaniyada birgə mətbuat konfransı zamanı Berlin və Londondan Ukraynaya dəstəyin sarsılmaz qalacağına söz veriblər. AYNA xəbər verir ki, bu barədə “Sky News” yazıb.

Britaniyanın Baş naziri deyib ki, Ukrayna təkcə müstəqilliyi üçün deyil, həm də “bütün Avropa xalqları” uğrunda mübarizə aparır.

Öz növbəsində Şolts vurğulayıb ki, hər iki ölkə Kiyevə “lazım olduğu müddətcə maliyyə, iqtisadi, siyasi və hərbi dəstək verməyə” davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş