Solts: “Baydenin vəziyyətindən narahat deyiləm”

Dünya

09.07.2024 - 17:44

Həkimlər Klinikalar SEO Xidməti

“Bilirəm ki, o, bizimlə birlikdə bu sammitə çox yaxşı və çox aydın şəkildə hazırlaşıb”

Almaniya kansleri Olaf Şolts Vaşinqtonda keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl ABŞ Prezidenti Co Baydenin fiziki vəziyyətindən narahat olmadığını bildirib. AYNA xəbər verir ki, Şoltsun sözləri “Phoenix” “YouTube” kanalında yayımlanıb.

Soltsdan Baydenin sammit öncəsi vəziyyətindən narahat olub-olmadığını soruşublar: “Xeyr, mənim belə bir narahatlığım yoxdur. ABŞ Prezidenti ilə keçirdiyim çoxsaylı söhbətlərdən bilirəm ki, o, bizimlə birlikdə bu sammitə çox yaxşı və çox aydın şəkildə hazırlaşıb”.

NATO-ya üzv ölkələrin iclası ərəfəsində Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Baydenin NATO sammitindən sonra mətbuat konfransına hazırlığından danışıb. Onun sözlərinə görə, Amerika lideri digər beynəlxalq tədbirlərdən əvvəl olduğu kimi “ev tapşırığını edir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş