Şolts Almaniya kansleri postuna namizədliyini yenidən irəli sürəcək

Dünya

30.08.2024 - 19:07

Həkimlər Klinikalar SEO Xidməti

“Mənim məqsədim Sosial Demokrat Partiyasının mümkün qədər güclü olması və növbəti hökumətə rəhbərlik etməsidir”

Almaniyanın federal kansleri Olaf Şolts reytinqlərin aşağı olmasına baxmayaraq, ölkənin kansleri postuna yenidən namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. AYNA xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazıb.

Şolts xatırladıb ki, 2021-ci ildə seçkilərə gedəndə Almaniyada vəziyyət heç də asan deyildi.

“Mənim məqsədim Sosial Demokrat Partiyasının mümkün qədər güclü olması və növbəti hökumətə rəhbərlik etməsidir”, - deyə siyasətçi vurğulayıb.

Şolts Almaniyanın siyasi mənzərəsinin mütəmadi olaraq dəyişdiyini qeyd edib. Lakin partiyasının qarşıdan gələn seçkilərdə uğur qazanacağına ümid etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş