Siyarto: “Zelenskinin legitimliyi məsələsi ukraynalılara aiddir”

Dünya

18.07.2024 - 11:06

Həkimlər Klinikalar SEO Xidməti

“Allaha şükür, bu məsələ bizim gündəmimizdə olmamalıdır”

“Ukrayna Prezidenti Volodimir Zelenskinin legitimliyi məsələsi ilk növbədə bu ölkənin vətəndaşlarına aiddir”. AYNA xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto “RİA Novosti”yə bildirib.

“Buna ukraynalılar qərar verəcək. Zelenski Macarıstanın Prezidenti deyil. Odur ki, Allaha şükür, bu məsələ bizim gündəmimizdə olmamalıdır”, - deyə nazir bildirib.

Bundan əvvəl Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ seçkilərinin Ukraynadakı münaqişənin həlli üçün dönüş nöqtəsi olacağını bildirmişdi. Onun fikrincə, Donald Trampın mümkün qələbəsi sülh danışıqlarını yaxınlaşdıracaq, çünki ABŞ-ın mövqeyi dəyişəcək. Nazir bildirib ki, respublikaçı namizəd qalib gəlsə, danışıqlar hətta bu il də aparıla bilər.

Eyni zamanda, Siyarto qeyd edib ki, Macarıstan Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar üçün öz ərazisində istənilən yeri verməyə hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş