Şirvanda hərbi zavodda qəza baş verib

Hadisə

14.11.2025 - 18:09

Hadisə nəticəsində bir nəfər həlak olub

Bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.

AYNA.AZ xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş