Şirvanda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Xəbərlər

30.12.2021 - 23:32

Həkimlər Klinikalar SEO Xidməti

Ailə üzvləri dərhal xəstəxanaya çatdırılıblar

Şirvan şəhərində bir ailənin üzvləri dəm qazından zəhərlənib. AYNA "Report"a istinadən xəbər verir k, hadisə Şirvan şəhəri T. İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, Şirvan sakinləri, 1956-cı il təvəllüdlü Fərəcov Mətləb İsaq oğlu, onun oğlu, 1986-cı il təvəllüdlü Fərəcov Sabir Mətləb oğlu, 1985-ci il təvəllüdlü Həmzəyeva Bənövşə Məhəmməd qızı və 2012-ci il təvəllüdlü Fərəcov Rəhman Sabir oğlu evdə ikən dəm qazından zəhərləniblər.

Ailə üzvləri dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada onlara ilk tibbi yardım göstərilib. Vəziyyətlərinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş