Siqaret qaçaqmalçılığının qarşısı alınıb

Xəbərlər

27.04.2021 - 17:54

“Scania” və “Mercedes Benz” markalı avtomobillərlə gələnlər saxlanılıb

 

Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsindən AYNA-ya verilən məlumata əsasən, İdarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından idarə etdikləri “Scania” və “Mercedes Benz” markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb.

 

Nəqliyyat vasitələrinə kinoloji xidməti itin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4400 ədəd üzərində “Manchester” yazısı olan siqaret aşkar edilib.

Müəllif: Ayna.az