Simonyan: “Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmirəm”

Dünya

10.02.2026 - 17:58

“Ermənistan daxilində hərəkət mütləq TRIPP demək deyil”

“Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmirəm”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Parlamentinin sədri Alen Simonyan deyib.

"Bunu necə təsəvvür edirə bilərik? Bu, erməni-amerikan şirkətidir. Ermənistan daxilində hərəkət mütləq TRIPP demək deyil. Taxıl və ya yanacaq daşınırsa, bu, TRIPP-lə deyil”, - spiker qeyd edib.

"Biz uzun müddətdir TRIPP kimi bir mexanizmi müzakirə edirik, amma bunun ABŞ ilə sülh prosesinin bir hissəsi olaraq Prezident Donald Tramp sayəsində əldə edilməsi başqa məsələdir", Simonyan əlavə edib.

Spiker Rusiyanın TRIPP-ə diqqət yetirməməli olduğunu bəyan edib: "Bir çox variant var. Onlar işləyir. Axı, ruslar 100 ildir ki, buradadırlar".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş