Şimali Koreyadan olan nazir Lenin mavzoleyində baş əydi

Dünya

29.03.2024 - 16:35

Şimali Koreyanın nümayəndə heyəti Lenin məqbərəsini ziyarət edib

Şimali Koreyanın Rusiyada səfərdə olan xarici iqtisadi işlər naziri Yun Conq Honun başçılıq etdiyi nümayəndə heyəti Moskvada Leninin mavzoleyini və Kremli ziyarət edib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Mavzoleyi ziyarət edərkən onlar Leninin qarşısında baş əyiblər. Şimali Koreya nümayəndə heyəti Kreml divarının yaxınlığında yerləşən sovet liderlərinin məzarlarını da ziyarət edib.

Nümayəndə heyətini KXDR ilə ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sədri Aleksandr Kozlov müşayiət edib.

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Şimali Koreyanın paytaxtı Pxenyana səfər edib. Səfər çərçivəsində Narışkin Şimali Koreyanın dövlət təhlükəsizliyi naziri Li Çanq De ilə görüşüb. Bundan əlavə, Rusiya nümayəndə heyəti Şimali Koreya departamentinin əməkdaşları ilə danışıqlar aparıb.

Müəllif: Ayna.az