Kim Çen In ölkənin nüvə potensialının “daha da genişləndirilməsi zərurətini” açıqlayıb
Şimali Koreya “ultra böyük döyüş başlıqları” və dəyişdirilmiş qanadlı raketləri olan yeni taktiki ballistik raketləri sınaqdan keçirib. AYNA xəbər verir ki, bu barədə KCNA dövlət xəbər agentliyi məlumat yayıb.
Silahların sınaq buraxılışlarını Kim Çen In müşahidə edib. KXDR lideri xarici qüvvələrdən gələn “ciddi təhlükə” səbəbindən ölkənin nüvə potensialının “daha da genişləndirilməsi zərurətini” açıqlayıb.
KCNA-nın məlumatına görə, sınaqlarda çəkisi 4,5 ton olan “Hwasongpo-11da-4.5” ballistik raketi iştirak edib.
Bundan əvvəl Cənubi Koreya hərbçiləri KXDR-in bir neçə qısa mənzilli raket buraxması barədə məlumat vermişdilər. Bu, Şimali Koreyanın bir həftə ərzində ikinci raket sınağıdır.
Bundan əlavə, sentyabrın 13-də Pxenyan ilk dəfə olaraq Kim Çen Inın uranın zənginləşdirilməsi üzrə təklif olunan obyektinə baş çəkməsinin görüntülərini yayıb.