Şimali Koreya Yapon dənizinə doğru ballistik raketlər atıb

Dünya

27.01.2026 - 18:24

Şimali Koreya şərqə doğru iki ballistik raket atıb

Şimali Koreya şərqə doğru iki ballistik raket atıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.

"Şimali Koreya ballistik raket atıb. Ardınca ikinci bir atış baş verib”, - deyə agentliyə Yaponiya hakimiyyət orqanlarından bildirilib.

Cənubi Koreya da Şimali Koreyanın Yapon dənizinə doğru ən azı bir raket atdığını aşkarlayıb.

Şimali Koreya artıq bu il yanvarın 4-də Yapon dənizinə doğru raketlər atmişdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş