Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb

Dünya

07.11.2025 - 16:01

Bu, Li Ce Myonqun Cənubi Koreya Prezidenti vəzifəsinə başlamasından bəri ikinci atışıdır

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.

Yaponiya hakimiyyəti əvvəllər bu atış haqqında məlumat yaymışdı. Şimali Koreya sonuncu dəfə 22 oktyabrda ballistik raket atıb. Bu, 2025-ci ildə yeddinci və Li Ce Myonqun Cənubi Koreya Prezidenti vəzifəsinə başlamasından bəri ikinci atışıdır.

“Yonhap” qeyd edir ki, 4 noyabrda ABŞ səkkiz Şimali Koreya vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Şimali Koreya Xarici İşlər Nazirliyi Vaşinqtonun siyasətinə eyni şəkildə cavab verəcəyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş