Şimali Koreya qitələrarası raketi sınaqdan keçirib

Dünya

31.10.2024 - 12:51

Həkimlər Klinikalar SEO Xidməti

Balistik raket Yapon dənizinə doğru atılıb: Kim Çen In sınaqları “düşmənlərə cavab” adlandırıb

Şimali Koreya qitələrarası ballistik raketi sınaqdan keçirib. AYNA xəbər verir ki, bu barədə oktyabrın 31-də Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA məlumat yayıb.

Balistik raket Yapon dənizinə doğru atılıb. Şimali Koreya lideri Kim Çen In sınaqları “düşmənlərə cavab” adlandırıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raket oktyabrın 31-də səhər saatlarında Pxenyan yaxınlığındakı sınaq poliqonundan buraxılıb. O, Hokkaydodan təxminən 200 kilometr qərbdə dənizə düşüb. Bu barədə isə “Reuters” Yaponiya hakimiyyət orqanlarının məlumatlarına istinadən yazır.

Yaponiya Müdafiə Nazirliyi raketin min metrə yaxın yüksəklikdə uçuşunun 85 dəqiqə davam etdiyini bildirib.

Cənubi Koreyanın “Yonhap” agentliyi qeyd edir ki, raket buraxılışı ABŞ-da Şimali Koreya rəhbərliyi ilə görüşən sonuncu ABŞ Prezidenti Donald Trampın post uğrunda mübarizə aparacağı seçkilər öncəsi nümayişkaranə jest ola bilər.

“Koreyanın Səsi” xəbər verir ki, sınaqlar Kim Çen Inın iştirakı ilə baş tutub. O, bəyanatında raketin buraxılışını “düşmənlərimizə cavab vermək əzmimizi göstərən ədalətli hərbi tədbir” adlandırıb.

ABŞ və Yaponiya raket buraxılışını pisləyib və Cənubi Koreya rəhbərliyi Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş