Şimali Koreya Cənubi Koreyaya zibil şarları göndərib

Dünya

11.08.2024 - 15:13

Həkimlər Klinikalar SEO Xidməti

Küləyin istiqamətinin dəyişməsi ilə balonların Qyeonqqi əyalətinin şimal bölgələrinə doğru hərəkət etməsi ehtimalı var

Şimali Koreya yenidən Cənubi Koreyaya doğru ehtimal ki, içərisində zibil olan şarları havaya qaldırıb. AYNA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin açıqlamasına görə, küləyin istiqamətinin dəyişməsi ilə balonların Qyeonqqi əyalətinin şimal bölgələrinə doğru hərəkət etməsi ehtimalı var.

Qyeonqqi Şimali Koreya və Seulla həmsərhəddir. Cənubi Koreya hərbçiləri vətəndaşlara yıxılan obyektlərə yaxınlaşmamağı və hakimiyyət orqanlarına məlumat verməyi tövsiyə edib.

“Yonhap” bildirir ki, Şimali Koreya sonuncu dəfə iyulun 24-də Cənubi Koreyaya zibil şarları göndərib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş