Koronavirus təhlükəsinə qarşı bütün dünyada tədbirlər görülməkdədir
Şimali Kipr Türkiyə Respublikası (KKTC) koronavirusla bağlı ölkəyə giriş - çıxışını bağlamaq qərarı alıb.
AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Nazirlər Kabinetinin son toplantısı koronavirus təhlükəsi ilə əlaqədar belə qərar verib.
Martın 14-dən aprelin 1-dək ölkənin sərhədlərində ölkəyə giriş-çıxışa qadağa qoyulub.
KKTC-nin Baş Naziri Ersin Tatar bildirib ki, Türkiyə daxil başqa ölkələrdən gələn və gedənlər bu qərarı nəzərə almalıdır. Ölkəyə sadəcə KKTC vətəndaşları, tələbə və qaçqınlar giriş edə biləcək.