Şimal rayonlarında qəbul imtahanları keçirilib

Xəbərlər

10.07.2020 - 14:37

cedabet dərman SEO Xidməti

İmtahanlarda 853 abituriyent iştirak edib

 

İyulun 10-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda Quba, Qusar, Şabran və Xızı rayonlarından, ümumilikdə 853 nəfər iştirak edib. Mərkəzdən AYNA-ya verilən xəbərə görə, 5 mərkəzdə keçirilən imtahanlara 103 nəzarətçi müəllim, o cümlədən 13 imtahan rəhbəri cəlb olunub.

 

Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları saat 11:00-da başlanıb və 3 saat davam edib.

 

İmtahan günü Qubada 449, Qusarda 206, Şabranda 162, Xızıda 36 nəfər biliklərini sınayıb. İmtahanlar zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş