Si Cinpin Putini Çinə dəvət edib

Dünya

21.03.2023 - 14:31

“Prezident Putini bu il üçün əlverişli vaxtda Çinə səfərə dəvət etdim”

Çin rəhbəri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini 2023-cü ildə Çinə səfərə dəvət edib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Dünən mən Prezident Putini bu il üçün əlverişli vaxtda Çinə səfərə dəvət etdim. Çünki bu il Çin “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində üçüncü beynəlxalq foruma ev sahibliyi edəcək”, - Çin lideri bildirib.

O, Putinin əvvəlki bu formatda keçirilən forumlarda iştirak etdiyini xatırladıb.

Müəllif: Ayna.az